Ekspertiza mərkəzində qalmaqal: Sürücünü rüşvətlə ayıq yazdılar – VİDEObackend

Ekspertiza mərkəzində qalmaqal: Sürücünü rüşvətlə ayıq yazdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb.

Belə ki, sözügedən mərkəzdə sürücülərə heç bir alkotestdən keçmədən ödəniş müqabilində, sərxoş vəziyyətdə olsalar belə, ayıqlığı təsdiq edən arayış verildiyi deyilir.

Baku TV-nin əməkdaşı gizli çəkiliş vasitəsilə iddiaları araşdırmağa çalışıb.

Məlum olub ki, mərkəzdə bu arayışı saxta şəkildə, heç bir testdən keçmədən əldə etmək üçün 10 manat ödəniş etmək kifayətdir.

Ətraflı videonu təqdim edirik: