Ekvador prezidenti Lasso dialoqu dayandırıbbackend

Ekvador prezidenti Lasso dialoqu dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvador prezidenti Gilyermo Lasso Yerli Xalqlar Konfederasiyasının lideri ilə görüşün ləğv edildiyini bildirib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün ləğv olmasında səbəb etirazçıların Amazon bölgəsində təhlükəsizlik qüvvələrinə hücum etməsi olub. Prezident açıqlamasında bildirib ki, sadəcə öz siyasi mənfəətini güdən Leonidas İsa ilə heç bir dialoqa getməyəcək.

Qeyd edək ki, 100 nəfərdən ibarət bir qrup əsgərlərə hücum edib. Hücum zamanı 1 əsgər həlak olub, 12-si isə yaralanıb. Ekvadorda başlayan etirazlardan sonra indiyədək 5 etirazçı ölüb, 18-i ağır olmaqla, 200-ə yaxın etirazçı isə yaralanıb.

//Nəzərbəy Hacıağayev, Editor.az