Ekvador prezidenti Rusiya hərbi texnikasını “metallom” adlandırdıbackend

Ekvador prezidenti Rusiya hərbi texnikasını “metallom” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvador prezidenti Daniel Noboa Moskvanın etirazına baxmayaraq Rusiya hərbi texnikasını ABŞ-a verəcəyini bildirib.

Editor.az xəbər verir ki, o, Ekvadorun “istənilən halda razılaşmanı davam etdirəcəyini” vurğulayıb. “Biz sübut etdik ki, bunlar metal qırıntılarıdır. Doğrudur beynəlxalq müqavilələrə uyğun olaraq, hərbi texnika ötürülə bilməz, lakin oxşar metal qırıntıları verilə bilər” –deyə Noboa Ecuavisa telekanalına müsahibəsində bildirib.

Ekvador prezidenti yanvarın 11-də planlarını açıqlayıb.

Ehtimal edilir ki, ölkə Rusiya və Ukrayna istehsalı olan hərbi texnikanı ABŞ-a verəcək və bunun müqabilində 200 milyon dollar dəyərində yeni texnika alacaq. Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti bunun ikitərəfli münasibətlərdə mənfi nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib. Rusiya səfiri Vladimir Sprinçan deyib ki, Moskva hərbi texnikanın Vaşinqtona təhvil verilməsini “qeyri-dost addım” kimi qiymətləndirəcək.

//Samir Qurbanov, Editor.az