Ekvadorun Santo Domingo şəhərində “Bellavista” həbsxanasında məhbuslar arasında dava düşüb.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, baş verən kütləvi davada 43 nəfərin ölüb, 13 nəfər isə yaralanıb. Ölənlərin sayının daha da artacağı gözlənilir.
Ölkənin daxili işlər naziri Patrisio Karillo kütləvi davanın bir-birinə düşmən olan “Los Lobos” və “R7” cinayətkar dəstə üzvləri arasında baş verdiyini bildirib. O, qeyd edib ki, həyatını itirən məhbuslar daha çox kəsici alətlərlə öldürülüb.
Qeyd edək ki, Ekvadorda aprelin 3-də Kuenkadakı El Turi həbsxanasında baş verən kütləvi davada 20 nəfər həlak olmuşdu. Ümumiyyətlə, 21 fevral 2021-ci ildən bu yana ölkədə 5 müxtəlif həbsxanada baş verən hadisələrdə ən azı 350 nəfər həyatını itirib.
//Nəzərbəy, Editor.az

