Ekvadorun paytaxtı Quitoda yüzlərlə tələbə prezident Gilermo Lassoya etiraz etmək üçün aksiya keçirib. Editor.az xarici sayta istinadən xəbər verir ki, tələbələr hökumətin iqtisadi siyasətinə etiraz ediblər.
Tələbələr Beynəlxalq Valyuta Fondunun (BVF) siyasətlərinə etiraz edərək milli tətil çağırışı ediblər. Tələbələrin etirazlarına Yerli Millətlər Konfederasiyasının (Conaie) tələbələri də dəstək verib.
Qeyd edək ki, Ekvadorda hökumətin maliyyə siyasətinə etiraz olaraq 2019-cu və 2021-ci illərdə də etiraz aksiyaları baş tutmuşdu. Hər iki aksiya prezidentin dialoq təklifindən sonra sonlanmışdı. 2021-ci ildəki aksiyada 8 polis yaralanmış və 37 nəfər isə həbs edilmişdi.
//Nəzərbəy Hacıağayev, Editor.az

