Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölübbackend

Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış olub.

Hadisə nəticəsində ən az 20 nəfər ölüb, 300 nəfərdən çoxu yaralanıb. Bununla yanaşı, çox sayda insan itkin düşmüş kimi siyahıya alınıb.

Partlayışların səbəbi hələ bəlli deyil və episentrlərinin hərbi obyektin, xüsusi təyinatlıların kazarmalarının ərazisində olduğu bildirilib.

Şahidlər ilk üç partlayışın dünən yerli vaxtla saat 15:00 (18:00 GMT+4) radələrində demək olar ki, eyni vaxtda baş verdiyini deyiblər, iki saat sonra isə dördüncü partlayış olub.

Xatırladaq ki, Bata Ekvatorial Qvineyanın iqtisadi paytaxtı və əhali sayına görə ölkənin ən böyük şəhəridir.

//Trend