“Əl-Cəzirə” telekanalı erməni yalanlarını ifşa etdibackend

“Əl-Cəzirə” telekanalı erməni yalanlarını ifşa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xankəndi şəhərində çəkilişlər aparan Qətərin məşhur “Əl-Cəzirə” telekanalının müxbiri Usamə bin Cavid Azərbaycan hakimiyyətinin “yerli erməniləri şəhəri tərk etməyə məcbur etməsi” ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Söhbət etdiyimiz hər kəs, o cümlədən BQXK əməkdaşları insanların evlərindən qovulması və ya Azərbaycan tərəfdən hər hansı zorakılıqla üzləşməsi hallarını görmədilər”, – Usamə bin Cavid deyib.

O, daha sonra qeyd edib ki, Azərbaycan erməniləri nəinki Qarabağı tərk etməyə məcbur etmir, həm də onların sosial mühitə inteqrasiyası üçün səylər göstərir.

//Samir Qurbanov, Editor.az