İsrail Müdafiə Qüvvələri “Əl-Şifa” xəstəxanası yaxınlığındakı binada HƏMAS tərəfindən qaçırılan ikinci girovun da cəsədini tapıb.
Editor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi noyabrın 17-də Telegram-da məlumat yayıb. Ordunun mətbuat xidməti yazır ki, bu, SAXAL əsgəri kapral Noa Marcianodur. Cəsədin qalıqları İsrailə aparılıb.
“Hərbi həkimlər və rabbinlik rəsmiləri tərəfindən həyata keçirilən şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra SAXAL rəsmiləri mərhumun ailəsinə onun cəsədinin çıxarılaraq İsrail ərazisinə qaytarıldığını bildiriblər”, – məlumatda deyilir. CNN-in məlumatına görə, 19 yaşlı Marcianonun cəsədi onun İsrailin hava hücumu nəticəsində öldürüldüyü iddiası ilə HƏMAS-ın videosu yayıldıqdan bir neçə gün sonra tapılıb.
Xatırladaq ki, noyabrın 16-da axşam İsrail ordusu Qəzzada “Əl-Şifa” xəstəxanası yaxınlığında tapılan 65 yaşlı israilli Yehudit Vaysın cəsədini aşkarladığını bildirilib. Hərbçilər bildiriblər ki, Veys oktyabrın 7-də Qəzza zolağı ilə sərhəddə yerləşən Beeri qəsəbəsindən HƏMAS tərəfindən oğurlananlar arasında olub.
//Samir Qurbanov, Editor.az

