“Əl-Şifa” xəstəxanasının yaxınlığında daha 15 cəsəd tapılıbbackend

“Əl-Şifa” xəstəxanasının yaxınlığında daha 15 cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-də Qəzza zolağında Əl-Şifa xəstəxanasının yaxınlığında daha 15 cəsəd tapılıb.

Editor.az xəbər verir ki, bu barədə CNN yerli sakinlərə və həkimlərə istinadən xəbər verib. Telekanal qeyd edir ki, SAXAL xəstəxana kompleksini tərk etdikdən sonra Əl-Şifa yaxınlığında yüzlərlə cəsədin olduğu kütləvi məzarlıq aşkar edilib. Cəsədlər tibb işçiləri tərəfindən çıxarılıb, onlardan bəziləri BMT-nin nişanları olan jilet geyiniblər.

Aprelin 9-da CNN telekanalı kompleksin yaxınlığında 381 cəsədin tapıldığını bildirmişdi. Onların bir çoxu yerin altında tapılıb. Yerli sakinlər bildiriblər ki, bəzi cəsədlərin şəxsiyyəti məlum deyil. BMT rəsmilərinin sözlərinə görə, İsrail hakimiyyəti humanitar işçilərin xəstəxana kompleksinə daxil olmasına dəfələrlə icazə verməyib.

//Samir Qurbanov, Editor.az