Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
“Le Figaro” xəbər verir ki, bu, 1962-ci ildən bəri görünməmiş bir addımdır. Fransa ilə onun keçmiş müstəmləkəsi arasında münasibətlər bu ilin əvvəlində pisləşib. Həmin vaxt daxili işlər naziri Bruno Retaillo bildirib ki, Əlcəzair hakimiyyəti Fransa hakimiyyəti tərəfindən müxtəlif cinayətlərə görə qovulmuş vətəndaşları qəbul etməkdən sistemli şəkildə imtina edərək “Fransanı alçaltmağa çalışır”.
Daxili İşlər Nazirliyinin rəhbəri sərt kursa və Əlcəzairlə açıq diplomatik qarşıdurmaya çağırır. Xüsusilə, Retaillo Əlcəzair vətəndaşlarına Fransada səyahət və yaşamaq üçün unikal hüquqlar verən ölkələr arasında 1968-ci il müqaviləsinin pozulmasının tərəfdarıdır.
Münaqişə keçən cümə günü Paris prokurorluğunun biri Fransadakı Əlcəzair konsulluqlarından birində işləyən üç Əlcəzair vətəndaşına qarşı ağır cinayətlərdə ittiham irəli sürdükdən sonra daha da böyüyüb. Onlar 2024-cü ilin aprelində Əlcəzairli təsiredici və Əlcəzair hökumətinin əleyhdarı Əmir Buxorun (Amir DZ) oğurlanmasında iştirakda ittiham olunurlar. Əlcəzair tərəfi Fransa hüquq-mühafizə orqanlarının bu addımını cavabsız qoymayacağını dərhal bəyan edib. Gözlənildiyi kimi, Əlcəzair hakimiyyətinin hədəfi Fransa Daxili İşlər Nazirliyinin əməkdaşları olub.
“Bütün deportasiya edilənlər Bruno Retaillonun nəzarəti altındadır. Beləliklə, bu qərar Fransanın daxili işlər nazirinə qarşı yönəlib. Lakin Parisin cavab tədbirləri görməkdən başqa yolu qalmayacaq”, – Fransa Xarici İşlər Nazirliyindəki mənbə “Le Figaro”ya xməlumat verib.
//Samir Qurbanov, Editor.az