Əlcəzair və Rusiya Aralıq dənizində birgə hərbi təlim keçiribbackend

Əlcəzair və Rusiya Aralıq dənizində birgə hərbi təlim keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya donanmasına aid bir qrup döyüş gəmisi 2022-ci il ortaq dəniz təlimini keçirmək üçün Əlcəzair limanına yanaşıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Nazirlikdən verilən yazılı açıqlamada qeyd edilib.

Təlimin Əlcəzair Milli Xalq Ordusu Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyi vurğulanaraq birgə hərbi dəniz təliminin 4 gün davam edəcəyi bəyan edilib.

Onu da qeyd edək ki, Rusiya donanmasına aid minaaxtaran gəmi Əlcəzair donanması ilə birgə təlimlər keçirtmək üçün sentyabr ayında paytaxt Əlcəzairin şərqindəki Cicel limanına yanaşmışdı.

//Safura Bənnayeva, Editor.az