Əlcəzairdə Makronu fitə basdılarbackend

Əlcəzairdə Makronu fitə basdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı Oran şəhərinin sakinlərinin düşmən münasibəti ilə üzləşib. Editor.az bildirir ki, bu barədə “France Info” telekanalı məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, prezident toplaşanları salamlayarkən, ona fit və təhqirlərlə cavab verilib. Etirazçılar “Fransa ölkəmizi yeyir”, “Biz öz evimizdəyik” və “Yaşasın Əlcəzair!” kimi şüarlar səsləndiriblər. Bu qısa “mehriban ünsiyyət”dən sonra Fransa lideri maşına minərək oradan uzaqlaşıb. Xatırladaq ki, Əlcəzair 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi olub. Bu ölkənin ərazisində fransız hərbçiləri nüvə silahının sınaqlarını keçiriblər.

//Samir,Editor.az