Elçin Əliyev faciəvi şəkildə öldübackend

Elçin Əliyev faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndinin sakini Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.