Elçin Əmirbəyov: “Fransa ermənipərəst fəaliyyəti ilə Bakı ilə İrəvan arasında sülh perspektivlərini sarsıdır”backend

Elçin Əmirbəyov: “Fransa ermənipərəst fəaliyyəti ilə Bakı ilə İrəvan arasında sülh perspektivlərini sarsıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “L’Opinion” qəzetində dərc olunmuş Paris-Bakı münasibətlərinin kəskinləşməsinə dair məqaləsində müəllif Jan-Dominik Merşe ötən ilin dekabrında Bakıda Azərbaycana qarşı casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın həbsi barədə ətraflı danışıb.

Müəllif saxlanılan şəxsin yaxınlarına istinad edərək vurğulayır ki, M.Rayan Fransanın Bakıdakı səfirliyində işləyən və rəsmi statusuna uyğun olmayan hərəkətlərinə görə Azərbaycan hökuməti tərəfindən ölkədən çıxarılan iki Fransa xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub.

Məqalədə qeyd olunur ki, səfirliyin sözügedən əməkdaşları Rayanı öz iradəsinə zidd olaraq üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə vadar edərək, onu təhlükəli oyunlarında oyuncağa çeviriblər.

Ümumilikdə, bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsinə toxunan müəllif Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə istinad edir. E.Əmirbəyov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransanın qərəzli ermənipərəst mövqeyi, o cümlədən Paris tərəfindən İrəvana silah və texnikanın davamlı tədarükü, habelə, Fransanın BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək üçün fəal cəhdlərini qınayıb.

E.Əmirbəyov vurğulayıb ki, nəticədə Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qalıb və onun davranışı Avropa İttifaqının bu məsələdəki roluna mənfi təsir göstərir.