Müğənni Elçin Göyçaylının həbs olunmasının bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, müğənninin sərxoşluq dərəcəsi müəyyən edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 334-1-ci(Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə protokol tərtib edilib.
İş məhkəməyə göndərilib.

