Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib?backend

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevin vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alması ilə bağlı məlumatlar yayılıb. İddialara əsasən, Məhəmməd Quliyev 2019-cu ildə leytenant rütbəsi ilə DSX-də xidmətə başlayıb və cəmi altı il ərzində yüksək rütbəyə layiq görülüb.

Editor.az  xəbər verir ki, yayılan iddialarla bağlı Dövlət Sərhəd Xidməti Gununsesi.info-nun sorğusuna cavab verib.

Qurumdan bildirilib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edirik ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev hazırda qurumun sıralarında xidmət etmir”.