Eldar Əzizov: “Bakı Nəqliyyat Agentliyi yeni formada fəaliyyətə başlayacaq”backend

Eldar Əzizov: “Bakı Nəqliyyat Agentliyi yeni formada fəaliyyətə başlayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də islahatlar gedir. Təbii ki, vaxt lazımdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib

“Yeni qərar qəbul olunub. Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, – E.Əzizov vurğulayıb.

Xatırladaq ki, bu il fevralın 7-də Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.