Eldar Qasımovdan SƏRT SÖZLƏR: “İt hürür, karvan keçir” – VİDEObackend

Eldar Qasımovdan SƏRT SÖZLƏR: “İt hürür, karvan keçir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Necə istəyirlər, elə də qəbul etsinlər. İt hürür, karvan keçir”.

Editor.az big.az-a istinadən xəbər verir ki, bu sözləri “Səs Azərbaycan” müsabiqəsində qınaqlara tuş gələn gənc müğənni Eldar Qasımov “MTV Xəbər”ə açıqlama verərkən deyib.

Qınaqlara baxmayaraq, müsabiqəni qalibiyyətlə bitirən müğənni bunları deyib:

“Qınaqlara cavab vermək mənlik deyil, amma bu insanların fikridir. Necə istəyirlər, elə də qəbul etsinlər. Xarakterimdə də yoxdur ki, rəyləri oxuyum. Mən sadəcə başımı aşağı salıb işimi görürəm. Bilirəm ki, bu işin öhdəsindən yaxşı gəlirəm. Çox insan bu kürsüdə oturmaq istəyirdi, İTV-dən təklifi alanda dedim ki, həqiqətən özümü evdəki kimi hiss edəcəyəm. Heç də yanılmadım. Ustadlarımla birgə özümü çox rahat hiss etdim. Çünki bilirdim ki, deyiləsi sözümü elə orada deyəcəyəm. Susmaqla və işimi görməklə cavab vermək ən yaxşısı idi. İt hürür, karvan keçir. Mən kiminsə xoşuna gəlmək üçün heç bir addım atmıram. İçimdən gəlir, bilirəm ki, bacarıram və bunu edirəm. Əfsuslar olsun ki, sovet vaxtının qalıqlarıdır. Bizdə cəmiyyətdə belə bir fikir var ki, ustad olmaq üçün, hansısa bir pilləyə çatmaq üçün sənin gərək 80 yaşın olmalıdır, sən oranı-buranı gəzməlisən. Ağıl yaşda deyil, başdadır. Məndən yaşda balacalar var, o qədər təcrübə alıblar ki, mənə də ustadlıq edə bilərlər. Məndən yaşlılar var ki, belə baxıram, “çənəm aşağı düşür”!”