Eldar Quliyev: “Hafiz Hacıyevdən soruşdum ki, görmüsən ki, hardasa xoşagəlməz kampaniyalarda olum?”backend

Eldar Quliyev: “Hafiz Hacıyevdən soruşdum ki, görmüsən ki, hardasa xoşagəlməz kampaniyalarda olum?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hafiz Hacıyev dünən mənlə danışandan sonra açıqlama verib ki, Eldar Quliyev barədə mənfi söz deməmişəm”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Eldar Quliyev Hafiz Hacıyevin onun barədəsindəki açıqlaması ilə bağlı danışarkən deyib.

E.Quliyev bildirib ki, Hafiz Hacıyev xoşagəlməz sözləri şəxsən mənim barəmdə yox, ümumi deyib: “Mən Hafizi obyektiv adam kimi tanıyıram. Ondan soruşdum ki, sən görmüsən ki, mən hardasa və ya elə Azərbaycanda hansısa xoşagəlməz kampaniyalarda olum?! Dedi, əlbəttə ki, görməmişəm”.

Qeyd: Hafiz Hacıyev Eldar Quliyevin qalmaqallı açıqlamasından sonra onun barəsində xoşagəlməz açıqlama versə də, daha sonra həmin açıqlamanın jurnalist tərəfindən səhv anlaşıldığını və Eldar Quliyevin tərbiyəli insan olduğunu vurğulayıb.