Elektromobil sahiblərinin NƏZƏRİNƏ – Yeni qərar İMZALANDIbackend

Elektromobil sahiblərinin NƏZƏRİNƏ – Yeni qərar İMZALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Editor.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycandan Türkiyə, İran, Belarus, Moldova, Rusiya, Ukraynaya və bu sistemə daxil olan digər ölkələrə gedən Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün “Yaşıl Kart”ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib.

Belə ki, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 15 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 ay aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq sığorta haqqı 35 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq sığorta haqqı 60 manat, 6 aylıq sığorta haqqı 80 manat, 12 aylıq sığorta haqqı 150 manat müəyyən edilib.

Bundan başqa, yeni qərarla texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün “Yaşıl Kart”ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib. Belə ki, Türkiyə və İrana gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 25 manat, 3 aylıq sığorta haqqı 45 manat, 6 aylıq sığorta haqqı 75 manat, 12 aylıq sığorta haqqı 100 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 20 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üçün isə 1 aylıq sığorta haqqı 60 manat, 3 aylıq sığorta haqqı 110 manat, 6 aylıq sığorta haqqı 180 manat, 12 aylıq sığorta haqqı 250 manat müəyyən edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.