Kolorado Universitetinin Boulder (CU-Boulder) alimləri müəyyən ediblər ki, elektron siqaret istifadəsi yeniyetmələrdə insult riskini artıra bilər.
Editor.az xəbər verir ki, araşdırma Journal of Applied Physiology jurnalında dərc olunub. Yeni araşdırma19-25 yaş arası 27 sağlam yeniyetmə üzərində aparılıb. Bunlara 10 siqaret çəkməyən, 10 elektron siqaret istifadəçisi və yeddi tütün istifadəçisi daxildir. Tədqiqatçılar endotel hüceyrə mikrohissəciklərinin mümkün təsirlərinə diqqət çəkiblər. Bu qabarcığa bənzər hissəciklər iltihab zamanı qana buraxılır. Təhlil təsdiq edib ki, elektron siqaretdən istifadə qan damarlarının və ürəyin fəaliyyətində dəyişikliklərlə əlaqələndirilir ki, bu da gənc yaşda işemik insult riskini artıra bilər. Bu tip insult ən çox yayılandır və beyin qan dövranı tıxandıqda baş verir. Tədqiqatçılar mikrohissəciklərin insultun inkişafında mühüm rol oynadığından şübhələnirlər, çünki onların qana buraxılması elektron siqaretdən istifadə ilə artır.
“Bu nəticələr həm də elektron siqaretlərin ənənəvi siqaretlərə daha sağlam alternativ olmadığı fikrini dəstəkləyir”, -deyə bildirilir.
//Gülnarə Abasova, Editor.az