Ələt-Astara magistralında qəza: Şəhid xanımı xəsarət alıbbackend

Ələt-Astara magistralında qəza: Şəhid xanımı xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı şəhid xanımı xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının 99-cu kilometrliyində Cəlilabad rayonu ərazisində baş verib.

Gülnar Abdullayevaya məxsus 77-RY-052 nömrəli “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən, ötmə əməliyyatı aparan digər nəqliyyat vasitəsi tərəfindən vurulub. Vurulan avtomobil yol qoruyucularına çırpılıb.

Qəza vəziyyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, xanım sürücü İkinci Qarabağ müharibəsi şəhidi Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparır.