Elgizlə Pərvanə arasında nə baş verir?backend

Elgizlə Pərvanə arasında nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbər həmkarı Pərvanə Tahirqızının proqramdan getdiyini açıqlamışdı.

Editor.az  axşam.az-a istinadən bildirir ki, Pərvanə bu gün “Elgizlə izlə”yə qayıdıb. Canlı yayım zamanı aparıcıların bir-birinə söz atması diqqətdən qaçmayıb.

Elgiz “Pərvanə Avropada idi. Düşünmürdük ki, belə tez qayıdar. Biz də istədik başqa qız gətirək. İstirahətə hər zaman vaxt tapmaq olar. Gərək başladığın işi sonlandırasan” deyə, bildirib.

Pərvanə isə ona “Evimdəyəm, doğma məkanımdayam, yerimdəyəm. Açıqlamanı uzun verməyi sevmirəm. İşimin başındayam. Başqa bir məsələ üçün ayrılmışdım, amma buradayam” cavabını verib.