Əli Babacan: Biz olmasaydıq CHP bu qədər səs toplaya bilməzdibackend

Əli Babacan: Biz olmasaydıq CHP bu qədər səs toplaya bilməzdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP-nin kiçik ortaqları Kamal Kılıçdaroğlunun əlindən on millət vəkilini qopardıqdan sonra öz gündəmlərinə qayıdıblar. Məsələn, Əhməd Davudoğlu ilk turda məğlub olan ortağı Kamal Kılıçdaroğlundan istədiyini aldıqdan sonra onu məğlubiyyəti ilə baş-başa buraxaraq CHP-dən qopardığı deputatlarla fotosunu paylaşıb.

Bir müddət sonra silib. CHP-nin digər ortağı – “Gələcək Partiyası” isə 28-ci Dönəm Parlament Seçkilərinə CHP siyahısından 19 namizədlə daxil olub. YSK yekun nəticələri açıqladıqdan sonra partiyanın 10 üzvü CHP siyahısından millət vəkili olaraq TBMM-ə daxil olub. “DEVA” Partiyasının sədri Əli Babacan isə ilk tur qiymətləndirməsində hələ çox danışılacaq ifadələr işlədib. Onun iştirak etdiyi verilişdə işlətdiyi ifadələr CHP-liləri mütləq özündən çıxaracaq: “…Biz ilk dəfə seçkilərə girdik. Məsələ ilə bağlı qabaqcadan düşünmə və planlama var.

Əvvəlki planlamalar belə idi. Yəni biz və CHP bir yerdə olaq. …Namizədlərimizin olduğu bütün yerlərdə CHP-də ciddi səs artımı var. Biz onların hamısına mütləq layiq idik və hamısı bizə halaldır. Biz olmasaydıq, bu qədər səs toplana bilməzdi”, –Əli Babacan deyib.

  //Samir Qurbanov,Editor.az