Əli Əhmədovun bacısı oğluna yeni vəzifə verildibackend

Əli Əhmədovun bacısı oğluna yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sübhan Kazımov 04.09.2024-cü il tarixindən İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

“Azərpoç” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova xəbərimizi təsdiqləyib.

Qeyd edək ki, ötən ay Sübhan Kazımov “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib. O, 2022-ci ilin may ayına qədər “Azərpoçt” MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra İdarə Heytənin üzvü olub.

Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.