Əli Əsədov COP29 çərçivəsində görüşlər keçirirbackend

Əli Əsədov COP29 çərçivəsində görüşlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun ilə görüşüb.

Bu barədə Editor.az -a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Baş nazir Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatini Krallığının Baş naziri Rassel Dlamini ilə görüşüb.

Editor.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.