“Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur”.
Editor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında deyib.
O bildirib ki, dövlət başçısının birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür:
“Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026 – 3.5 mlrd manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilmişdir ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq”.

