Əli Əsədov iclas keçirdi – FOTObackend

Əli Əsədov iclas keçirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda hökumətə    “2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.

 

Loading...