Əli Əsədov İranla imzalanan Anlaşma Memorandumundan danışdıbackend

Əli Əsədov İranla imzalanan Anlaşma Memorandumundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Zəngəzur dəhlizinin reallaşdırılması üçün əməli tədbirlər görülüb və görülməkdədir.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd etmək vacibdir.

“Yeni kommunikasiyaların açılması bölgənin inkişafına mühüm töhfə verir”, – deyə o əlavə edib.

Trend