Əli Əsədov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olubbackend

Əli Əsədov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.