Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı olubbackend

Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın baş naziri Mixail Mişustin və onun azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Mişustin və Əsədov söhbət zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə, iki ölkənin baş nazirləri qarşıdakı təmasların cədvəlini müəyyən ediblər.