Əli Əsədovun Moskva bəyanatı uğursuzdur – Tural Abbaslıbackend

Əli Əsədovun Moskva bəyanatı uğursuzdur – Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Baş naziri Əli Əsədovun Moskvada rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı  44 günlük Qarabağ müharibəsi zamanı Rusiyanın göstərdiyi köməyi yüksək qiymətləndirməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Baş nazirin Moskva səfərini Editor.az-a şərh edən Ağ Partiya başqanı Tural Abbaslı Əli Əsədovun açıqlamalarını sərt tənqid edib.  O bildirib ki, görünür Baş nazir Əli Əsədov ogörüş zamanı rusiyalı həmkarı Mixail Muşistini görəndə həyəcanlanaraq diplomatik baxımdan nəzakət göstərmək istəyib: “Düşünürəm ki, o bu səbəbdən belə fikirlər  səsləndirib. Bu fikirlər haqlı olaraq qınanmalıdır. Çünki ölkənin baş naziri özünün subyektiv fikrini deyil, Azərbaycan xalqının mövqeyini sərgiləməlidir’’.

Tural Abbaslı bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrlərdə Azərbaycan Respublikasının mövqeyi Rusiyayönümlü deyildi. O qeyd edib ki, bir çox hallarda Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Rusiyaya qarşı konkret şəkildə tənqid var idi və Rusiyanın tutduğu qeyri-obyektiv mövqe tənqid olunurdu: ‘’Əli müəllimə sual vermək lazımdır ki, siz Rusiyanın ermənilərə verdiyi raketlərimi qənaətbəxş hesab edirsiniz, yoxsa  son günə qədər Rusiyanın ermənilərə verdiyi gizli köməyimi yüksək qiymətləndirirsiniz?! Və ya 44 günlük müharibənin dayanması, üç tərəfli bəyannamənin imzalanması üçün Rusiyanın Azərbaycana həm siyasi, həm də hərbi təzyiqimidirmi dəstəkləyirsiniz?!

Bütün hallarda Əli Əsədovun tutduğu mövqe qəbuledilməzdir. Azərbaycanın yanında olan və əleyhinə olan dövlətlər, onların tutduqları mövqe açıq- aydın bəllidir. Əli Əsədovun fikirləri anlaşılan və qəbul edilən deyil’’.

Partiya başqanı qeyd edib ki, bəzən Rusiya tərəfinə Azərbaycanın konkret mövqeyini çatdırmaq lazımdır: ‘’ Qoy onlar da bilsin ki, biz hər şeyi görürük və müşahidə edirik. Əks təqdirdə tutaq ki, 44 günlük müharibədə Rusiya tam olaraq Ermənistanın yanında olub. Azərbaycanın da baş naziri Moskvada görüşdə deyir ki, Azərbaycana dəstəyinizi qənaətbəxş hesab edirik. Onda Rusiya Azərbaycana qarşı siyasətini niyə dəyişməlidir?! Rusiya fərəhlənəcək ki, həm erməniyə kömək edirəm, həm də Azərbaycanın təqdirini qazanıram. Bu baxımdan Əli Əsədovun bəyanatı uğursuzdur’’.

T.Abbaslının sözlərinə görə, Əli Əsədovun kifayət qədər yaşı var və o, gözünü sovet Azərbaycanında açıb: ‘’Onun üçün Rusiya və Rusiya diplomatları anlayışı  hələ də müqəddəsliyini qoruyur və müstəmləkə siyasətçisi obrazından çıxa bilməyib. Ona görə də düşünürəm ki, bu məsələlərə daha ayıq- sayıq baxan və sözünü yeri gəldikdə cəsarətli formada deyə biləcək insanların vəzifəyə gətirilməsi lazımdır.  Hazırda Azərbaycan hökumətinin böyük əksəriyyəti müasir siyasi münasibətlər sisteminə cavab vermir. Yaşlılar hələ də kommunist düşüncəli qalıblar və onlarda sanki Rusiya qorxusu var. Yenilərin də kifayət qədər siyasi təcrübəsi yoxdur.  Azərbaycan hökuməti demək olar ki, kadr baxımından kifayət qədər zəifdir. Bu sahədə real addımlar atılmalı və islahatlar aparılmalıdır. Əks təqdirdə biz hələ çox Əli Əsədov kimilərin bəyanatlarını eşitmək məcburiyyətinə qalacayıq’’.

Gülnarə Abasova, Editor.az