İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə bağlı gün ərzində bir-birinə zidd məlumatlar yayılıb.
İsrailin müdafiə nazirinin “Əli Laricani öldürülüb” bəyanatının Əli Laricaninin ABŞ hərbi dəniz qüvvələrinin Şri-Lanka sahilləri yaxınlığında IRIS “Dena” freqatına endirdiyi zərbə nəticəsində həlak olan iranlı dənizçilərlə bağlı başsağlığı məktubu “X” sosial şəbəkəsində paylaşılıb.
Beləlliklə, Əli Laricani barəsində qeyri-müəyyənlik hökm sürür.
İsrail tərəfinin yaydığı xəbər doğrudursa Əli Laricani kimi əsas fiqurun yoxluğu vəziyyətə hansı təsirləri göstərə bilər?
Siyasi analitiklər hesab edir ki, Əli Laricani kimi yüksək səviyyəli fiqurun taleyi ilə bağlı ziddiyyətli məlumatlar informasiya müharibəsinin tipik nümunəsidir. Belə hallarda həm psixoloji təsir, həm də siyasi mesaj vermək məqsədi güdülür. Belə bir fiqurun öldürülməsi və ya bu barədə iddia İran cəmiyyətində şok effekti yaradır, dövlət aparatına “hədəfdəsiniz” mesajı verir. İran siyasi sistemi fərdi şəxslərdən çox institutlara əsaslansa da, belə fiqurların yoxluğu müvəqqəti boşluq yaradır, yeni təyinatlar daxili güc balansını dəyişə bilər.
Amma onun öldürüldüyü xəbəri doğrudursa, Əli Laricaninin yoxluğunun təsirləri olacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin ən kritik qərarverici strukturlarından biridir. Laricani kimi fiqur siyasi sistem daxilində “balanslaşdırıcı” rol oynayan şəxslərdən sayılır. Onun yoxluğu qərarvermədə daha sərt və radikal xəttin SEPAH-ın daha da sərt qərarlar qəbul etməsinə gətirib çıxara bilər. İranda daxili güc balansında əsas oyunçulardan biri SEPAH-dır. Laricani nisbətən daha praqmatik fiqur hesab olunur, onun aradan qaldırılması SEPAH və sərt mövqeli qüvvələrin təsirini artırarcaq
Musavat.com

