“Əli Nəcəfov” tankeri Rumıniya sahillərində minaya düşübbackend

“Əli Nəcəfov” tankeri Rumıniya sahillərində minaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizin Rumıniya sahillərində Liberiya bayrağı altında üzən neft tankeri minaya düşüb.

Editor.az “Sky News”ə istinadən bildirir ki, insident bazar günü, oktyabrın 15-də baş verib. Söhbət “Əli Nəcəfov” tankerindən gedir. Gəmiyə cüzi ziyan dəydiyi qeyd edilir. Ekipaj xəsarət almayıb.

“Bosphorus Observer konsaltinq” şirkətinin rəhbəri Yörük İşıkın sözlərinə görə, həmin an tanker Sulina kanalının yaxınlığında olub. Bu, oktyabr ayında baş verən ikinci belə hadisədir.

//Samir Qurbanov Editor.az