“Əli və Nino”dakı oğurluğu 3 azyaşlı törədib – Rəsmi açıqlamabackend

“Əli və Nino”dakı oğurluğu 3 azyaşlı törədib – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi “Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialında törədilən oğurluqla bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Xatırladaq ki, mağazanın təsisçisi Nigar Köçərlinin ötən gün yaydığı məlumata görə, bir neçə şəxs sözügedən filialdakı işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlamışdılar.

//milli.az

Loading...