Əli Xamenei: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”backend

Əli Xamenei: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xamenei Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğunu bəyan edib.

“RİA Novosti” agentliyi xəbər verib ki, Əli Xameneinin çıxışı İran telekanalları ilə yayımlanıb.

İranın ali dini rəhbər bildirib ki, Azərbaycanın öz işğal olunmuş torpaqlarını işğaldan azad etmək hüququ var və Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır.

O, İrana qonşu olan iki ölkə arasında hərbi toqquşmalara görə təəssüf hissi keçirdiyini və bu münaqişənin ən qısa zamanda sona çatmasını istədiklərini söyləyib.