Əlil arabasında olan azarkeş Ronaldonu vurdu – FOTObackend

Əlil arabasında olan azarkeş Ronaldonu vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlil arabasında olan azarkeş təsadüfən Kriştiano Ronaldonu vurub.

Publika.az xəbər verir ki, “Əl Nəsr”in 40 yaşlı futbolçusu bu gün Almaniyaya qarşı Millətlər Liqasının yarımfinalında meydana çıxacaq Portuqaliya millisinin heyətindədir.

Komandanın mehmanxanasının qarşısında Ronaldo avtoqraf vermək üçün əlil arabasında olan iki azarkeşə yaxınlaşıb. Əlil arabalarından biri yerindən tərpənərək portuqaliyalının baldır nahiyəsinə dəyib.

Kriştiano əzilmiş nahiyəni ovuşdurub, gülümsəyib, azarkeşin köynəyinə imza atıb və ikinci oğlanla şəkil çəkdirib.