Elita ilk növbədə vətənini müdafiə edənlərdir.
Editor.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Öz əzalarını nümayiş etdirən qəribə kəslər elita formalaşdırmaq üçün qətiyyən uyğun deyil. Amma hətta bu qəribə şəxslərin də mövcud olmaq hüququ var”, – deyə prezident bildirib.
Dövlət başçısı vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə dövlətin əsasını ağır sınaqdan çıxanlar – Ukrayna savaşının iştirakçıları təşkil etməlidir.