Elitanın Putin planı: Bu tarixədək devriləcək…backend

Elitanın Putin planı: Bu tarixədək devriləcək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sərvətlərini və mövqelərini qoruyub saxlamaq mümkün deyil.

Editor.az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2020-2021-ci illərdə rəhbəri olmuş general-leytenant Valeri Kondratyuk deyib.

“Putin nəinki son rusa, hətta son sentinə qədər mübarizə aparacaq. Ona görə də, elita Putini vəzifədən uzaqlaşdırmaqda, Qərb və Ukrayna ilə sülh danışıqlarına başlamaqda maraqlıdır”, – Kondratyuk bildirib.

Onun fikrincə, Rusiya elitası yaxın 4-5 ay ərzində – gələn ilin martında ölkədə keçiriləcək prezident seçkilərinə qədər öz planını həyata keçirməyə hazırdır.