Əliyev-Putin görüşündə diqqətçəkən detal: pencəyinin cibindən çıxardığı… – VİDEObackend

Əliyev-Putin görüşündə diqqətçəkən detal: pencəyinin cibindən çıxardığı… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə ikitərəfli rəsmi görüşdən əlavə qeyri-rəsmi söhbət baş tutub.

Liderlər rəsmi görüş otağından fərqli məkanda qısa müzakirə aparıblar.

Yayılan görüntülərdə bir detal xüsusi diqqət çəkib. Kreml rəhbəri Azərbaycan Prezidenti ilə yanaşı oturacaqda əyləşir, dərhal pencəyinin cibindən bir neçə kağız çıxarır. Görüntünün davamında Putinin notları tək-tək nəzərdən keçirdiyi və nə isə deməyə hazırlaşdığı müşahidə olunur.

Liderlərin AZAL-ın təyyarə qəzası ilə bağlı yeni təfərrütaları müzakirə etdiyi güman olunur. Beləliklə, Rusiya prezidentinin görüşə kifayət qədər hazırlıqlı gəldiyi bildirilir.

Globalinfo.az