Əliyevlə Putin arasında bir ilk yaşandı – Rusiya mediası tirajladıbackend

Əliyevlə Putin arasında bir ilk yaşandı – Rusiya mediası tirajladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin eyni beynəlxalq sammitdə iştirak etsələr də, görüş və ya hər hansı təmas baş tutmayıb.

Rusiya KİV-ləri bunu Moskva-Bakı münasibətlərində müəyyən gərginliyin və münasibətlərin korlanması siqnalı kimi qiymətləndirir.

Analitiklər qeyd edirlər ki, adətən belə tədbirlər çərçivəsində dövlət başçıları ən azı protokol xarakterli görüş keçirir və əməkdaşlıq məsələlərini müzakirə edirlər. Lakin bu dəfə belə bir addımın atılmaması diqqətdən yayınmayıb.

Rusiyalı ekspertlər iddia edir ki, Azərbaycanın Qərblə münasibətləri intensivləşdirdiyi bir dövrdə Moskva ilə əlaqələrdə müşahidə olunan soyuqluq təsadüfi deyil. Bundan əvvəl Rusiya mediası Azərbaycan-Ermənistan sülh prosesində Moskvanın rolunun zəiflədiyini, Qərb platformalarının isə ön plana çıxdığını vurğulamışdı.

Müşahidəçilərin fikrincə, Əliyev və Putinin sammitdə təmasdan yayınması iki ölkə arasında dialoqun yeni mərhələyə keçə biləcəyi barədə suallar doğurur.

Qeyd edək ki, Rusiya–Azərbaycan münasibətlərinin zəifləməsinin səbəbi Kremlin destruktiv mövqeyidir.

Globalinfo.az