Əlizamin Salayev amnistiyaya düşübbackend

Əlizamin Salayev amnistiyaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin Salayev azadlığa buraxılıb.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, o, ötən ilin noyabrında Milli Məclisdə qəbul edilmiş Amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Ə.Salayev 2020-ci il aprelində Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay müddətə azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

İttihama görə, Ə.Salayev H.Əzizovu Salyanda bir qadına qarşı təcavüzdə ittiham edərək onunla mübahisəsinin videosunu sosial şəbəkələrdə yaymışdı. Bundan sonra polis əməkdaşı Salyan Rayon Məhkəməsində Salayevə qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.