Elm adamları dörd ayaqlı balina növünün 43 milyon illik fosilini kəşf etdilər.
Editor.az xəbər verir ki, Reuters-dəki xəbərə görə, qurudan dənizə keçidi izləyən elm adamları, dörd ayaqlı balina fosilinin keçid dövründə yaşamış və sonra nəsli kəsilmiş Protocetidae qrupuna aid olduğunu bildiriblər.

Mansura Universitetinin Onurğalı Paleontologiya Mərkəzində Misirdə tapılan “Phiomicetus anubis” adlı balinaya aid fosil üzərində ətraflı araşdırma aparılıb. “Proceedings of the Royal Society B” jurnalında nəşr olunan məqalənin aparıcı müəllifi Abdullah Gohar, “Bu maraqliyeni bir balina növüdür və Misir və Afrika paleontologiyası üçün kritik bir kəşfdir” deyib.
//Gülnarə Abasova, Editor.az

