Elm adamları həftədə iki dəfə məşqin xərçəngdən qoruya biləcəyini araşdırıblarbackend

Elm adamları həftədə iki dəfə məşqin xərçəngdən qoruya biləcəyini araşdırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oksford Universitetinin alimləri müəyyən ediblər ki, həftədə iki dəfə idman etmək xərçəngdən ölüm riskini 21 faiz, ürək xəstəliyindən ölüm riskini isə 31 faiz azaldır. Eyni zamanda, iki gün ərzində məşqlərə ən azı 150 dəqiqə ayırmaq lazımdır.

Tədqiqatın nəticələri “Journal of the American Heart Association” (JANA) jurnalında dərc olunub.

Tədqiqatda 37-73 yaş arası 100 minə yaxın Böyük Britaniya vətəndaşı iştirak edib. İştirakçılar fiziki fəaliyyətin səviyyəsinə və növünə görə üç qrupa bölünüblər. Birinci qrupa həftə ərzində bərabər fasilələrlə məşq edənlər, ikinci qrupa həftə sonları aktiv olan könüllülər, üçüncü qrupa isə oturaq həyat tərzi keçirənlər daxil idi.

Tədqiqatçılar həmçinin yeddi gün ərzində iştirakçıların akselerometrlərdən istifadə edərək əldə etdikləri fiziki fəaliyyət məlumatlarını təhlil ediblər. Akselerometrlər müxtəlif fəaliyyətləri, o cümlədən gəzinti, qaçış, velosiped sürmə, elliptik məşq, ev işləri, bağçılıq və rəqs kimi istirahət fəaliyyətlərini qeydə alıb.

Nəticələr, həftə sonları müntəzəm olaraq idman edənlərin oturaq könüllülərlə müqayisədə sağlamlıqlarını daha yaxşı qoruduğunu göstərib. Xüsusilə ikinci qrup insanlarda bütün səbəblərdən ölüm riski 26%, ürək-damar xəstəliklərindən ölüm riski 24%, xərçəngdən ölüm riski 13% azalıb.

Alimlər bildirirlər ki, belə nəticələrə nail olmaq üçün orta tempdə məşq etmək lazımdır. Eyni zamanda, iki gün ərzində məşqlərə ən azı 150 dəqiqə ayırmaq lazımdır.

//Gülnarə Abasova, Editor.az