Elm və Təhsil Nazirliyi sayğac satan şirkətə təmir işləri gördürəcəkbackend

Elm və Təhsil Nazirliyi sayğac satan şirkətə təmir işləri gördürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi “Meqaplus” Firması satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 1 498 065,01 AZN-dir.

Firma nazirliyin ölkə üzrə bir sıra təhsil müəssisələrinin təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Meqaplus” firması 24 aprel 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan firmanın hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi isə Seyidov Abuzər Bəkir oğludur.

“Meqaplus” Firması haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Abuzər Seyidov haqqında da heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən tender elanlarından məlum olur ki, “Meqaplus” həm də sayğac satır. Hər halda firma bununla bağlı keçirilən bir neçə tenderin qalibi seçilib.

Bununla bağlı materiallarda “Meqaplus”un tikinti şirkəti olduğu halda sayğac satması şübhəli tender əməliyyatı kimi təqdim edilir.

“Meqaplus” Firmasının tikinti şirkətini olması bu yazıda haqqında bəhs etdiyimiz tender də təsdiq edir.

Bir məqamı da qeyd edək ki, “Meqaplus” Firmasının hansı təhsil müəssisələrində təmir işləri aparacağı bəlli deyil. Bu barədə tenderin şərtlərində heç bir qeyd yoxdur.