“Azərbaycanda həmişə təhsilə üstünlük verilib və hər bir güc strukturunda (DİN, DTX, FHN, Ədliyyə Nazirliyi və s.) yüksək ixtisaslı kadrlar hazırlayan ali təhsil müəssisələri mövcuddur. Lakin məntiqli sual meydana çıxır: «Prezidentin mühafizə xidmətinin əməkdaşı olmaq üçün harada təhsil almaq olar?». Çünki Dövlət başçısının təhlükəsizlik xidməti də yuxarıda sadalanan orqanlar kimi Ali Baş Komandanın tabeliyindədir”.
Bu sözləri Xüsusi Dövlət Mühafizə Xidmətinin Xidmətin təşkili və nəzarəti şöbəsinin keçmiş rəisi, «Azərbaycan – Ukrayna» beynəlxalq alyansının sədri Elmar Məmmədov deyib:
“Açıq etiraf edirəm ki, Prezidentin təhlükəsizlik xidmətində iş asan deyil. Mən bu sistemdə 25 il işləyərkən bir çox incəlikləri dərk etdim. Hər gün yeni bir şey öyrənirdim. Çünki Prezidentin mühafizə sistemi üzrə rəsmi elmi baza mövcud deyil. Baxmayaraq ki, dövlət başçısının təhlükəsizliyi istənilən ölkədə ən əsas prioritetlərdən biridir. Prezidentin təhlükəsizlik xidmətində müxtəlif ali təhsil müəssisələrində təhsil almış, bu fəaliyyət üçün uyğun bilik və vərdişlərə malik, öz işinin peşəkarı olan insanlar çalışır. Onlardan bəziləri xarici dil bilir, bəziləri döyüş sənətinə malikdir, ümumiyyətlə hər bir əməkdaşın bilik bazası fərqlidir.
Bu səbəbdən mən bu istiqamət üzrə ali təhsil müəssisəsinin təsis edilməsini təklif etmək istəyirəm. Burada təhlükəsizlik vərdişlərinin öyrədilməsi, kommunikasiya, intellektual inkişaf üzrə və xarici dillər üzrə tədris proqramı işlənib hazırlana bilər. Bu təhsil müəssisəsi Prezidentin təhlükəsizlik xidmətində işin tələblərinə tam uyğun olan kadrlar hazırlaya bilər”.
//veteninfo.az

