Elmar Vəliyevin qardaşı 3,6 milyon manatlıq tenderi qazandıbackend

Elmar Vəliyevin qardaşı 3,6 milyon manatlıq tenderi qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Editor.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Rusel” şirkəti (VÖEN- 1600133861) olub.

“Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün “Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün “Dövlət Məşğulluq Agentliyi” “Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, “Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyevin və  Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin prezidentidir.

Yeniavaz.com