Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından danışdıbackend

Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova Ombudsman Səbinə Əliyevanın karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakından danışıb.

Elmira Süleymanova Demokrat.az-a qısa açıqlamasında Səbinə Əliyeva haqda bunları deyib:

“Mən bilirəm ki, siz mənə nə üçün zəng etmisiniz. Yeni Ombudsmanımız da həyat yoldaşı ilə gedib o toyda iştirak edib. Bu doğru deyil. Onların bu hərəkətlərinə mən nə deyə bilərəm? Mənim bu barədə danışmağım gülünc olardı”.