Elnarə Natavana söz atdı: “3 gəlinlik geyinən…”backend

Elnarə Natavana söz atdı: “3 gəlinlik geyinən…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Elnarə Xəlilovanın 101 FM-də yayımlanan “Konfet” verilişinin növbəti qonağı modelyer Elnarə Bəkirova olub. 
Sənətçi proqram zamanı Natavan Həbibiyə söz atıb. O, modelyerə “Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız” sualını ünvanlayıb.
Modelyer isə “Bəli, geyinirlər. Amma bu, onların öz işidir” sözlərini deyib. Elnarə isə “Amma geyinənlər var” cavabını verib.
Elnarənin rəfiqə olduğu Natavana nə üçün söz atdığı anlaşılmayıb. “W-trio” qrupunun keçmiş solistlərinin hazırda küsülü olduğu güman edilir.
Qeyd edək ki, reper Səid Əliyevlə (Dado) 2017-ci ildə ailə quran Natavan toyunda üç gəlinlik dəyişib.
///Axşam.az