Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.
Apasport.az saytının məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.
Dünən koronavirus səbəbilə 47 yaşında vəfat edən məşhur jurnalist, idman şərhçisi Elnur Əşrəfoğlu Saray qəsəbəsində dəfn olunacaq.
Editor.az bizimmediaya istinadla xəbər verir ki, jurnalistin nəşi bu gün saat 10-11 radələrində vida mərasimi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) Sulutəpə qəsəbəsində yaşadığı evə aparılacaq.
O daha sonra Saray qəsəbəsində ailə məzarlığında dəfn olunacaq.
Qeyd edək ki, jurnalist Elnur Əşrəfoğlu bir aydan çox idi ki, COVİD-19 yoluxması diaqnozu ilə “Yeni klinika”da müalicə olunurdu. Şərhçi oktyabrın 19-da axşam saatlarında vəfat edib.
Allah rəhmət eləsin!







